Şmıqal: Ukrayna 2025-ci ildə rekord məbləğdə yardım alıb

saytların hazırlanması

Evə çatdırılma

Şmıqal: Ukrayna 2025-ci ildə rekord məbləğdə yardım alıb

Dünya

02 Yanvar 2026 19:33 494


2025-ci il Ukraynanın təhlükəsizliyinə beynəlxalq dəstək baxımından rekord il olub.

"Yeni Sabah" xəbər verir ki, Ukrayna 45 milyard dollardan çox yardım cəlb edə bilib. Bu, müharibənin başlanmasından bəri ən yüksək göstəricidir və əvvəlki illə müqayisədə təxminən 30 faiz çoxdur.

Ukraynanın müdafiə naziri Denis Şmıqal bildirib ki, 2025-ci ildə əsas dəstək sahələri - silah və sursat, hava və raket əleyhinə müdafiənin inkişafı, Ukrayna müdafiə sənayesi üçün birgə istehsal və satınalmalara investisiyalar, təlim, təmir, texniki dəstək və logistika olub. Müdafiə sənayesinin inkişafına 6 milyard dollardan çox vəsait ayrılıb. Marqarita pizza

Ukrayna Rusiyanın Aİ və Böyük Britaniyadakı dondurulmuş aktivlərindən təxminən 3 milyard dollar gəlir əldə edib. Bu vəsaitlər silah tədarükü və müdafiə sənayesinin inkişafı üçün istifadə olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!