SOCAR Azərbaycandan Bolqarıstana qaz ixracını müzakirə etdi

saytların hazırlanması

Evə çatdırılma

SOCAR Azərbaycandan Bolqarıstana qaz ixracını müzakirə etdi

İqtisadiyyat

01 İyul 2024 21:33 1826


Azərbaycandan Bolqarıstana qaz ixracı müzakirə olunub.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.

Bildirilib ki, müzakirələr bu gün SOCAR prezidenti Rövşən Nəcəf Bolqarıstanın energetika naziri Vladimir Malinov arasında keçirilən görüşdə aparılıb. Dominos pizza

Bildirilib ki, görüşdə Azərbaycan ilə Bolqarıstan arasında enerji sektorunda əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb, Cənub Qaz Dəhlizinin Avropanın, o cümlədən Bolqarıstanın enerji təhlükəsizliyindəki rolu qeyd olunub.

Bu xüsusda, ötən ay SOCAR-ın Bolqarıstanda sənaye müəssisələrinə təbii qaz tədarükünə başlamasından məmnunluq ifadə edilib, həmçinin SOCAR-ın Bolqarıstanda ofisinin açılmasının ölkələrimizin enerji sektorunda əlaqələrinin inkişafı baxımından əhəmiyyəti qeyd olunub.

Söhbət zamanı enerji sahəsində əməkdaşlığın cari vəziyyəti və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!