SOCAR-dan Hacıqabulda qaz xəttində baş verən yanğınla bağlı AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

SOCAR-dan Hacıqabulda qaz xəttində baş verən yanğınla bağlı AÇIQLAMA

İqtisadiyyat

07 Avqust 2020 22:39 1120


“Hacıqabul rayonu ərazisində qaz boru kəçərində yanğın baş verib”.

Yenisabah.az xəbər verir ki, bunu Oxu.Az-a SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

Onun sözlərinə görə, hadisənin tam olaraq harada baş verməsi bilinmir: Pepperoni pizza

“Hacıqabulda qaz daşımaları üçün magistral qaz boru kəmərlərimiz çoxdur. Ehtimal olunur ki, yanğın Qalmaz qaz anbarına birləşən boru kəmərində baş verib.

Bu boru yaşayış məntəqəsindən kənardan keçdiyi üçün hər hansı təhlükə yoxdur”.

O qeyd edib ki, hadisə zamanı xəsarət alan olmayıb:

“Hadisənin dəqiq nədən baş verdiyi hələ tam olaraq bilinmir. Araşdırma aparılacaq. Boru kəməri bağlanıb, ona qaz verilmir. Qaz qurtaranda yanğın da sönəcək”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!