SOCAR-ın “yaşıl” istiqrazları Bank Respublika-nın Mobil Şöbə tətbiqində!

saytların hazırlanması

Evə çatdırılma

SOCAR-ın “yaşıl” istiqrazları Bank Respublika-nın Mobil Şöbə tətbiqində!

İqtisadiyyat

04 Fevral 2025 19:33 1793


Ölkəmizin aparıcı banklarından biri olan Bank Respublika, müştəriləri üçün daha bir investisiya imkanı yaratmışdır.

“Yeni Sabah” xəbər verir ki, Dövlət Neft Şirkətinin (SOCAR) 200 milyon ABŞ dolları həcmində buraxdığı yeni “yaşıl” təyinatlı istiqrazları artıq Bank Respublikanın Mobil Şöbə tətbiqi vasitəsilə eləcə də Bankın filiallarına müraciət edərək sifariş etmək mümkün olacaq.

“Yaşıl Gəlir, Yaşıl Gələcək” şüarı ilə təqdim edilən bu istiqrazlar investorlara stabil və etibarlı gəlir imkanı qazandırmaqla yanaşı, ölkəmiz üçün əhəmiyyətli “yaşıl” enerji layihələrinin icrasına, bərpa olunan enerji mənbələrinin inkişafına təkan verəcək. pizza mizza

SOCAR-ın "yaşıl” istiqrazlarının əsas xüsusiyyətləri aşağıdakı kimidir:

•    Nominal dəyəri - 1 000 ABŞ dolları;

•    Tədavül müddəti – 5 il;

•    İllik gəlirlilik – 6%;

•    Faiz ödənişi – rüblük.

Qeyd edək ki, “yaşıl” istiqrazları əldə etmək üçün son tarix 28 fevral 2025-ci ildir.

İnvestorlar bu tarixə qədər sifarişlərini yerləşdirərək SOCAR-ın “yaşıl” istiqrazlarını əldə edib investisiya imkanlarından faydalana bilərlər.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!