SOCAR İstiqrazları köşkləri fəaliyyətlərini müvəqqəti dayandırır

saytların hazırlanması

Evə çatdırılma

SOCAR İstiqrazları köşkləri fəaliyyətlərini müvəqqəti dayandırır

İqtisadiyyat

21 İyun 2020 18:38 1140


Koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması məqsədilə, ölkə miqyasında görülən tədbirlər çərçivəsində 22 iyun 2020-ci il tarixindən etibarən 2 həftə müddətində "ASAN Xidmət" və "ASAN Kommunal" mərkəzlərinin fəaliyyəti xüsusi iş rejimində davam edəcəyi üçün, digər funksional yardımçı xidmətlərlə birlikdə SOCAR İstiqrazları köşkləri də fəaliyyətlərini müvəqqəti olaraq dayandırır.

Yenisabah.az bildirir ki, “SOCAR Capital” şirkətindən verilən məlumata görə, *19 99 istiqraz çağrı nömrəsi 7/24 vətəndaşların və investorların xidmətindədir. 

"SOCAR İstiqrazları ilə bağlı istənilən sual və müraciətlərinizi məmnuniyyətlə cavablandırmağa hazırıq. Dördpendirli pizza

Xatırlatmaq istərdik ki, SOCAR İstiqrazları üzrə növbəti rüblük faiz ödənişi qrafikə uyğun şəkildə cari ilin 17 iyul tarixində baş tutacaqdır"-deyə, məlumatda qeyd olunub.  /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!