SOCAR və “Rosneft” rəhbərlərinin görüşdü - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

SOCAR və “Rosneft” rəhbərlərinin görüşdü - Fotolar

İqtisadiyyat

12 Sentyabr 2020 20:37 1823


Sentyabrın 11-də SOCAR prezidenti Rövnəq Abdullayevin Moskvaya rəsmi səfəri olub.

Yenisabah.az xəbər verir ki, SOCAR prezidenti səfərin gedişatında “Rosneft”in baş icraçı direktoru İqor İvanoviç Seçinlə görüşüb. Görüşdə həmçinin Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu da iştirak edib.

Görüşdə səfir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından İqor Seçinə "Dostluq" ordenini təqdim edib. pizza sifarişi

Bundan başqa, İ.Seçin SOCAR tərəfindən "Azərbaycanın əməkdar neftçisi" fəxri adına layiq görülüb.

Neft şirkətlərinin başçıları görüşdə SOCAR və “Rosneft” arasında qarşılıqlı əlaqənin perspektivlərini müzakirə ediblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!