Son 10 gündə bu doğum evində 4 körpə öldü - ŞOK

saytların hazırlanması

Evə çatdırılma

Son 10 gündə bu doğum evində 4 körpə öldü - ŞOK

Sosial

02 Mart 2019 03:09 1099


Son günlər Bərdə doğum evində doğuş zamanı bir neçə ölüm faktı baş verib. Təkcə son on gündə 4 körpə ölüb. Səhiyyə Nazirliyindən bildirilib ki, hazırda qeyd olunan faktların səbəbləri həm nazirlik, həm də Bərdə rayon prokurorluğu tərəfindən araşdırılır.

Bərdə rayon mərkəzi xəstəxanasının baş həkimi Rəna Mustafayeva “Xəzər xəbər”ə bildirib ki, xəstəxanaya yerləşdirilən zaman qadınlar ultrasəs müayinəsindən keçib və döldə uşaqların ölü olduğu müəyyən olunub. Qadınların ikisi Tərtər, biri isə Ağcabədi rayonundandır.

Baş həkimin sözlərinə görə, Bərdə rayon doğum evi ikinci dərəcəlidir. Bu səbəbdən regionun ağır xəstə olan hamilələri bu doğum evinə gətirilir. Pepperoni pizza

Həkim bildirib ki, vəziyyətləri ağır olan anaların bətnindən ölü döl xaric edilib.

Uşaqların tələf olması faktı ilə bağlı Səhiyyə Nazirliyindən də bildirilib ki, uşaqlar xəstəxanaya ana bətnində ölü daxil olublar. Bildirilib ki, hadisələrə dair məlumatlar Bərdə rayon Hüquq mühafizə orqanlarına verilib. Nazirliyin Doğuşayardım Komissiyası və Bərdə rayon hüquq mühafizə orqanları birgə araşdırma aparır. Bərdə rayon xəstəxanasıa valideynlərin heç birindən şikayət daxil olmadığı bildirilir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!