Son 3 ildə himayədar ailələrə verilən uşaqların sayı açılandı

saytların hazırlanması

Evə çatdırılma

Son 3 ildə himayədar ailələrə verilən uşaqların sayı açılandı

Sosial

24 Dekabr 2025 11:34 292


2023-ün noyabrından indiyədək himayədar ailələrə verilən uşaqların sayı 60-a çatıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məlumat yayıb.

Sosial Xidmətlər Agentliyinin himayədar ailələlərə verdiyi uşaqlardan 36-sı qız, 24-ü oğlandır. Dominos pizza

Onlardan 28-i 6 yaşadək, 26-sı 7-13 yaş arası, 6-sə isə 14-18 yaş arası uşaqlardır.

Uşaqlardan 31-i hazırda Bakı şəhərindəki, 29-u rayonlardakı ( Ağcabədidə 1, Biləsuvarda 1, Cəlilabadda 1, Gəncədə 3, Göyçayda 1, Göygöldə 3, Xaçmazda 2, Lənkəranda 4, Şamaxıda 1, Şəkidə 1, Şəmkirdə 4, Zaqatalada 1, Astarada 1, Zərdabda 1, Oğuzda 3, İmişlidə 1 ailə) himayədar ailələrdə yaşayırlar.

Xatırladaq ki, Azərbaycanda valideyn himayəsindən məhrum uşaqlar üçün yeni "Himayədar ailə modeli" 2023-cü ildən tətbiq olunmağa başlanılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!