Son dəqiqə: Qafanın bu kəndi Azərbaycanın nəzarətinə keçdi

saytların hazırlanması

Evə çatdırılma

Son dəqiqə: Qafanın bu kəndi Azərbaycanın nəzarətinə keçdi

Rəsmi

18 Dekabr 2020 19:28 1834


Əvvəllər Azərbaycan SSR-in tərkibində olan Spitakaşen kəndi birbaşa sərhədin digər tərəfində qalıb. Hazırda ekskavator ərazidə sərhəd xətt çəkir.

Yenisabah.az xəbər verir ki, bu barədə “Sputnik Armeniya” məlumat yayıb.

Məlumatda bildirilir ki, ermənilər Spitakaşen kəndində bir neçə evi yandırıblar. Sovet dövründə kənd Ağkənd adlanırdı və Ermənistan SSR ilə sərhəddə, Azərbaycan SSR-in Zəngilan bölgəsinin bir hissəsi idi. İndi isə Azərbaycanın nəzarətinə keçir. pizza sifarişi

Kənd Qafan hava limanından bir neçə yüz metr və Qafan şəhərindən təxminən 2 km məsafədədir.

Hazırda ərazidə bir ekskavator Sovet dövründə müəyyən edilmiş sərhədi işarələyir və Qafandan Zəngilana gedən yolu bağlayır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!