"Sonuncu şam yeməyi" filminin geniş müzakirələrə səbəb olmasının səbəbkarı saxta ruhani obrazını canlandıran aktyor Azər Aydəmirovdur.
Yenisabah.az-a danışan aktyor filmin yaradıcı heyətinin qalmaqala və sərt tənqidə əvvəlcədən hazırlıqlı olduğunu bildirib.
“"Sonuncu şam yeməyi" yayımlandıqdan sonra təəccüb doğuran, gözlənilməz heç nə baş vermədi. Hər şeyə hazır idik. Əlixan Rəcəbov və yaradıcı heyət hazırda sadəcə kənara çəkilib rəyləri izləyir. pizza sifarişi
Mahiyyətcə, biz problemlərin qabardılmasından məmnunuq. Amma bu problemlər həll olunacaqmı, kimsə payına düşəni anlayıb ondan nəticə çıxaracaqmı, mesajı anlayıb dəyişikliyə doğru gedəcəyikmi, - bunu artıq zaman göstərəcək.
Film yaradıcılarının hamısı ağıllı-başlı insanlardır, hamısı kino sahəsində yetərli qədər tanınıb sözünü demiş şəxslərdir. Onlar bu tənqidlərə sözsüz ki, hazırlıqlı idilər. Elə buna görə də, komanda olaraq hadisələrin yekununu səbrlə gözləyirik”.
Əsmətxanım
Telegram kanalımız