Sonuncu yerdə qərarlaşan millimizin İsveçrə sınağı

saytların hazırlanması

Evə çatdırılma

Sonuncu yerdə qərarlaşan millimizin İsveçrə sınağı

İdman

15 Oktyabr 2019 09:17 1182


21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununa çıxacaq.

“Yeni Sabah” xəbər verir ki, Milan Obradoviçin rəhbərlik etdiyi kollektiv evdə İsveçrəni qəbul edəcək. Sumqayıt şəhərindəki “Kapital Bank Arena”da keçiriləcək görüş saat 20:00-da başlayacaq. Oyunu Serbiyadan olan hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, ilk turda Lixtenşteynə uduzan (0:1) millimiz Slovakiya üzərində qələbə qazansa da (2:1), son iki oyunda Gürcüstana 0:3, Fransaya 0:5 hesabı ilə məğlub olub. Aktivində 3 xal olan milli sonuncu yerdə qərarlaşıb. İsveçrə isə 6 xalla turnir cədvəlinə liderlik edir.  pizza sifarişi

15 oktyabr

 

20:00. Azərbaycan U-21- İsveçrə U-21

Baş hakim: Novak Simoviç (Serbiya)

“Sumqayıt Arena”

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!