Xəbər verdiyimiz ki, bu gün müğənni Fədayə Laçın azadlığa buraxılıb. Onun həbsdən çıxmağı səbirsizliklə gözlənilsə də, şou-biznes nümayəndələri bu barədə aktiv olmayıb.
“Yeni Sabah” xəbər verir ki, xanım ifaçını qarşılaşmaya getməyən şou əhli sosial şəbəkələrdə də sönük davranıblar. Halbuki, onlar bir müddət əvvəb Fədayənin həbsdən azad olunması üçün birlik nümayiş etdirib paylaşımlar edirdilər.
Onlardan ancaq aktyor Elcan Rəsulovun Feysbuksa paylaşımını gördük. Bir neçə sənətçimiz isə müxtəlif səhifələrdə Fədayə ilə bağlı paylaşımlara şərh yazmaqla kifayətləniblər. Onlar arasında əməkdar artist Elza Seyidcahan, müğənni Xatirə İslam, rəqqasə Fatimə Fətəliyeva və müğənni Xatun da olub. Prodüser-aparıcı Tarix Əliyev (Tolik) isə verilişində Fədayə ilə apardığı telefon danışığının videosunu İnstaqramda paylaşıb. Sezar pizza


Telegram kanalımız