MDB-yə üzv dövlətlərin təhlükəsizlik şuraları katiblərinin 13-cü iclasında MDB-yə qarşı təhlükələr, onlara cavab tədbirləri, Qərbin ideoloji ekspansiyasına qarşı mübarizə mövzuları olacaq.
"Yeni Sabah" TASS-a istinadla xəbər verir ki, noyabrın 5-də Moskvada Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun sədrliyi ilə keçiriləcək tədbirdə onun Azərbaycan, Ermənistan və Belarusdan olan vəzifədaşları ilə ayrıca ikitərəfli görüşləri də gözlənilir.
MDB Təhlükəsizlik Şurası katiblərinin görüşü oktyabrın 31-dən oktyabrın 5-dək Moskvada keçirilən “Rusiya və MDB xalqları” beynəlxalq festivalının yekun tədbiri olacaq. Toyuqlu pizza
Telegram kanalımız