Son günlər ən çox müzakirə edilən məsələlərdən biri də hakimiyyətdə təmsil olunan hansısa məmur və ya məmurların xaricdəki “söyüş müxalifəti” ilə işbirliyində olmasıdır. İddialara görə, iqtidar mənsublarından bəziləri Avropada “mühacirət” həyatı yaşayan jurnalist və blogerlərə kompromat ötürür, hətta onlara maliyyə yardımı göstərirlər.
Qeyd edək ki, artıq tanınmış ictimai-siyasi xadimlər, aralarında Milli Məclisin üzvü olan bir neçə deputat da məsələyə münasibət bildirib. Onlar hakimiyyətə, hakimiyyətin timsalında Azərbaycan dövlətinə xəyanət edən həmin məmurların tapılıb cəzalandırılmasını tələb ediblər.
Bu iddialar nə dərəcədə doğrudur? Xaricdə yaşayan hakimiyyət əleyhdarlarına maddi və mənəvi dəstək verənlər kimlərdir? Toyuqlu pizza
Politoloq, sabiq deputat Cümşüd Nuriyev Yenisabah.az-a açıqlamasında məsələyə münasibət bildirib. O, sözügedən blogerlərə hakimiyyət daxilində məlumat göndərildiyini deyib:
“Qeyd edim ki, son zamanlar deyil, artıq bir neçə ildir ki, Azərbaycandan xaricə materiallar ötürülür və xaricdə Azərbaycanın əleyhinə olan kifayət qədər blogerlər var ki, onlara hakimiyyət daxilindəki informasiyaları ötürürlər. Amma son günlər bu kampaniya daha da fəallaşıb. Bu mövzuda Azərbaycandakı saytlar da yanlışlığa yol verir.
Hakimiyyət daxilində parçalanmalar deyəndə əsas məqsəd Amerikanın yeni layihəsini icra etməkdir, Harvard layihəsinə görə, artıq "rəngli inqilab"lar bir işə yaramır, Azərbaycanda hakimiyyət daxilində qarşıdurma illuziyası yaratmaq istəyirlər. Bilirsiniz ki, Azərbaycanda kifayət qədər ABŞ-da təhsil alıb gələnlər var, onlar “Amerikan cocuqlarına” istinad edərək bu məsələni gündəmə gətirirlər. Əslində, belə bir şeyin olduğuna dair ortada ciddi fakt yoxdur, amma məqsəd başqa şeydir, burada məsələ hakimiyyət daxili çarpışmalar deyil, klanlararası desək, daha dəqiq olar”.
Politoloq dövlət məmurları haqda məlumatların yaxın çevrələri tərəfindən ötürüldüyünü iddia edib:
"Həmin blogerlərin açıqladıqları məlumatlar yüzdə yüz hakimiyyət daxilindən ötürülür, özləri də bunu etiraf edir. Ola bilməz ki, ötürülən məlumatlarla bağlı dəqiq informasiya olmasın. Onların ətrafına baxmaq, xaricə çıxışını yoxlamaq lazımdır”.
Əsmətxanım RZAZADƏ
Telegram kanalımız