“Sportinq“ klubu stadionuna Kriştianu Ronaldonun adını vermək istəyir

saytların hazırlanması

Evə çatdırılma

“Sportinq“ klubu stadionuna Kriştianu Ronaldonun adını vermək istəyir

İdman

12 Oktyabr 2019 18:33 870


Portuqaliyanın “Sportinq” klubunun stadionunun adı dəyişdirilə bilər.

"Yeni Sabah" xəbər verir ki, bunu Lissabon təmsilçisinin prezidenti Frederiko Varandas açıqlayıb.

O bildirib ki, “Joze Alvalade” stadionuna klubun sabiq futbolçusu Kriştianu Ronaldonun adını vermək niyyətitndədirlər: “Bu məsələni təxirə salmayacağıq. Onun adının bizimlə bağlı olması ilə çox fəxr edəcəyik. Kriştianu klubumuzun tarixində ən böyük rəmzlərdən biridir və belə də qalacaq. Artıq gənclər akademiyamızın divarlarında onunla bağlı dəyərləri əks etdirmişik. Sözsüz ki, Ronaldo bütün zamanların ən yaxşı portuqaliyalı futbolçusu, idman tarixinin ən yaxşı atletlərindən biridir”. Sezar pizza

Qeyd edək ki, karyerası ərzində “Mançester Yunayted”, “Real” və “Yuventus”da oynamış K.Ronaldonun ilk klubu “Sportinq” olub. / APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!