Stadionda yarıçılpaq qaçan qız haqda maraqlı faktlar -   Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Stadionda yarıçılpaq qaçan qız haqda maraqlı faktlar - Fotolar

Dünya

02 İyun 2019 08:50 9907


Madridin “Vanda Metropolitan” stadionunda keçirilən Çempionlar Liqasının finalında - "Tottenhem” və “Liverpul” qarşılaşmasında yarıçılpaq olan xanım azarkeş meydanda qaçması matçın özündən çox müzakirə olundu. Bəs, bu xanım kimdir?

“Yeni Sabah” xəbər verir ki, Kinsey Volanski adlı bu qız məşhur blogger Vitali Zdorovetskinin sevgilisidir. 

Özünün "VitalyzdTv" kanalını idarə edən rus Vitalinin videolarını təkcə bu il 1,65 milyarddan çox insan izləyib. Hazırda onun bloqunun dəyəri 7,2 milyon dollar hesablanır. Vitali təkcə youtube videolarından ayda 400 min dollardan çox pul qazanır.  Marqarita pizza

22 yaşlı model Kinsey Volanski ilə sevgili olan Vitali  onu da videoçəkilişlərində istifadə edir.

Dünən stadiona yarıçılpaq çıxana qədər Kinseyin Instagram-da 240 min izləyicisi olub. Yarım dəqiqəlik stadion şousundan sonra izləyicilərin sayı 500 mini keçib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!