Stadionu alan şəxs Şeyxin mühafizə xidmətinin rəisi imiş

saytların hazırlanması

Evə çatdırılma

Stadionu alan şəxs Şeyxin mühafizə xidmətinin rəisi imiş

Sosial

09 Dekabr 2025 12:16 21051


Masallıda yerləşən Anatoli Banişevski adına stadionunun satın alınması müəyyənləşib.

"yeni Sabah" teleqraf-a istinadla xəbər verir ki, stadionu satın alan şəxs yerli iş adamı Səxavəddin Sadıqovdur.

Əslən Masallıdan olan S.Sadıqov uzun müddət xüsusi xidmət orqanlarında çalışıb. İstefada olan polkovnik Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin Mühafizə xidmətinin rəisi olub. Sezar pizza

O həm də Birinci Qarabağ müharibəsinin iştirakçısıdır.

S.Sadıqov "20 Yanvar"dakı "Ləvəngi" restoranının sahibi kimi tanınır.

Stadion 2012-ci ildən Mübariz Mənsimovun rəhbəri olduğu "Palmali"yə məxsus idi. 2014-cü ildən stadionda təmir məqsədilə söküntü işləri başlasa da, sonradan yarımçıq qalmışdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!