Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının yeni strukturu təsdiq olunub. Sərəncamda həm PA-nın strukturu dyişdirilib, həm də Administrasiyada kadr dəyişikliyi, yeni təyinatlar həyata keçirilib.
“Yeni Sabah” xəbər verir ki, bu, son aylarda ölkə prezidentinin apardığı struktur islahatlarının yeni mərhələsidir. Bundan əvvəl prezident İlham Əliyev hökumətin tərkibində ciddi dəyişikliklər aparıb, nazirliklərin strukturları yenilənib və daha çevik və yeni dövrün tələblərinə cavab verən strukturlar yaradılıb. Eyni zamanda yeni kadrlar işə cəlb olunub. Sonrakı mərhələ də isə Nazirlər Kabinetinin sturkturunda ciddi islahatlar həyata keçirilib, baş nazir daxil olmaqla bir sıra kadrlar təqaüdə göndərilib, rəhbər kadrların böyük hissəsi yenilənib.
İndi isə islahat dalğası ölkədə siyasi idarəetmənin əsas rıçaqı olan Prezident Administrasiyasına çatıb. PA rəhbərliyi və bu gündən etibarən strukturu yenilənib. Yeni kadrlar təyin olunub. Bu bütövlükdə hakimiyyət administrasiyasının yenilənməsi və keyfiyyətcə yeni mərhələyə başlamasının başlanğıcıdır. pizza mizza
Bundan sonrakı mərhələ isə parlamentrdədir. Artıq hakim partiya parlamentin buraxılması təşəbbüsü qaldırıb.
Bundan əvvəl isə ölkə başçısı məhkəmə-hüquq sahəsində islahatlar elan edib. Bu prosesin də davam etməsi Azərbaycanda siyasi idarəçiliyin keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərir.
Telegram kanalımız