Su sayğacı, mobil telefon, pul, çanta – Bakıda oğrular tutulub

saytların hazırlanması

Evə çatdırılma

Su sayğacı, mobil telefon, pul, çanta – Bakıda oğrular tutulub

Kriminal

20 Fevral 2020 11:33 953


Binəqədi Rayon Polis İdarəsinn 43-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 6 evdən su sayğaclarını oğurlamaqda şübhəli bilinən paytaxt sakini Ü.Ağazadə saxlanılıb. Binəqədi RPİ-nin əməkdaşlarının keçirdiyi digər əməliyat zamanı oğurluq etdiyinə görə tutulmuş K.Nəcəfovun ətrafında rayon ərazisində "Mercedes" markalı avtomobildən 700 manat və 50 ABŞ dolları oğurlaması da müəyyən edilib. Binəqədi RPİ 4-cü Polis Şöbəsinib əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 18-də rayon ərazisindəki evlərin birindən 100 manat, 560 ABŞ dolları və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Y.Niftəliyev saxlanılıb. Nərimanov Rayon Polis İdarəsi 18-ci PŞ-nin əməkdaşları keçirilən aparılmış əməliyyat tədbirləri ilə oğurluq etdiyinə görə tutulmuş T.Sadıqlının daha bir cinayət əməlinin üstünü açıb. Onun rayon ərazisində "Mercedes" markalı avtomobildən 3 ədəd mobil telefon və 2 ədəd eynək oğurlaması da müəyyən edilib. Daha bir oğurluq hadisəsi Yasamal rayonunda baş verib. Yasamal RPİ-nin 26-cı Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini T.Orucova fevralın 18-də Landau küçəsində müəyyən edilməmiş motosiklet sürücüsünün ona məxsus içərisində 220 manat, bank kartları və mobil telefon olan pulqabısını açıq talama yolu ilə aldığını bildirib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri F.Balayev və əvvəllər məhkum olunmuş A.Quliyev müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Baş verən faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır. Kamil Əmirli
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!