Bu gün Tehranda ABŞ hərbi qüvvələri tərəfindən öldürülən Qasım Süleymaninin vida mərasimi keçirilib.
“Yeni Sabah” xarici mediaya istinadən bildirir ki, izdihamın yaşandığı mərasimə İranın ali rəhbəri Ayətullah Əli Xamenei, prezident Həsən Ruhani, hökumət üzvləri və din xadimləri qatılıb. Xamenei “sağ qolu” olduğu deyilən Süleymani üçün gözyaşı töküb.
Süleymaninin qızı Zeynəb bildirib ki, D.Trampdan bunun intiqamını alacaqlar. Pepperoni pizza
Xatırladaq ki, yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ-ın hava zərbələri nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı Qüds Qüvvələrinin komandanı general Qasım Süleymani və İraqın könüllü “Həşdi-Şaabi” qruplaşmasının komandir müavini Əbu Mehdi Əl-Mühəndis daxil olmaqla, 10 nəfər öldürülüb. Süleymani yanvarın 7-də doğulduğu Kerman şəhərində dəfn olunacaq.
Sabrina Eldarqızı
Telegram kanalımız