“Sülh danışıqlarının yeni raundu başlayır“ - Paşinyan

saytların hazırlanması

Evə çatdırılma

“Sülh danışıqlarının yeni raundu başlayır“ - Paşinyan

Rəsmi

16 Mart 2023 12:59 1234


"Ermənistan Azərbaycandan sülh müqaviləsi ilə bağlı yeni təkliflər alıb. Beləliklə, biz müqavilə layihəsinin müzakirəsinin 4-cü raunduna daxil olmuşuq".

Yenisabah.az "Sputnik Armenia"ya istinadla xəbər verir ki, bunu Nikol Paşinyan hökumətin iclasında deyib.

Ermənistan Baş naziri vurğulayıb: “Yaxın vaxtlarda müşahidələrimizi müzakirə edib təqdim edəcəyik. Biz sadiqik və sülh gündəmindən kənara çıxmayacağıq”. Sezar pizza

Xatırladaq ki, 2021-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanla sülh müqaviləsi imzalamağa hazır olduğunu bəyan etmişdi. 2022-ci ilin martında Bakı İrəvana münasibətlərin normallaşdırılması ilə bağlı beş bəndlik təklifini çatdırıb. Erməni tərəfi düzəlişlər əlavə edərək öz versiyasını göndərib. O vaxtdan bəri tərəflər arasında müxtəlif səviyyələrdə bir neçə raund danışıqlar aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!