Ermənistanla sülh müqaviləsinə hansı dövlət  zamin duracaq?

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanla sülh müqaviləsinə hansı dövlət zamin duracaq?

Siyasət

23 Dekabr 2022 10:45 981


“Ermənistan sülh müqaviləsi ilə bağlı son dövrlər daha geniş şəkildə danışmağa başlayıb. Həm Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, həm də Ermənistanın Baş naziri Nikol Paşinyan reallığı dərk edir və başa düşürlər ki, Qarabağda olan ermənilərin gələcəyi Azərbaycanla bağlıdır”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi İlyas Hüseynov deyib.

O, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın son bəyanatını şərh edib. Pepperoni pizza

Xatırladaq: Qriqoryan bildirib ki, rəsmi İrəvan Bakıya göndərdiyi sülh müqaviləsi layihəsində Ermənistan sülh müqaviləsinin mətnində Azərbaycana qarantlar institutu yaratmağı təklif edib.

İ. Hüseynovun sözlərinə görə, təhlükəsizlik arxitekturasının qurulması və onun dayanıqlılığının artırılmasında zəmanətçilərin olmasına dair fikirlər irəli sürülür:

“Məhz təhlükəsizlik zəmanəti verəcək dövlətlər məsələsini aktuallaşdırır. Məlumdur ki, Ermənistan tərəfi təkcə Rusiyanın iştirakı ilə beynəlxalq zəmanətin əldə olunmasına müsbət yanaşmır və çalışır ki, digər geosiyasi oyunçuları da regiona dəvət etsin. İlk növbədə, Ermənistan üçün arzuolunandır ki, Fransa iştirak etsin, beynəlxalq koalisiya tərkibində təhlükəsizlik zəmanətləri icra olunsun.

Keçmişdə mənfi fəaliyyəti ilə yadda qalan ATƏT-in Minsk qrupunun 3 həmsədr dövləti var idi. Ona görə də Azərbaycan zəmanətçilər məsələsi üzərində dayanmır. Təəssüf ki, Fransanın timsalında zəmanətçilər məsələlərin həllini yox, vaxtın uzadılmasını üstün hesab edir. Bu məsələdə bir qədər düşünməyə ehtiyac var”.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!