"İrəvan və Bakı təmasların dinamikasını müəyyən edir və gələcək sülh müqaviləsinin məzmununu müəyyənləşdirir".
Yenisabah.az "RIZ Novosti"yə istinadla xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
O, məsələnin danışıqlar aparan tərəflərə, yəni Bakı və İrəvana ünvanlanmasını məntiqli hesab edib. Toyuqlu pizza
“Məhz onlar təmasların dinamikasını təyin edir və gələcək sülh müqaviləsinin məzmununu müəyyən edirlər. Həm Azərbaycan, həm də Ermənistanla strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri olan Rusiya bu prosesə azərbaycanlı və erməni dostlarımızın maraqlı olduğu formada və həcmdə hər cür köməklik göstərir”, - deyə rusiyalı nazir izah edib.
Telegram kanalımız