“Sülh sazişi üzrə bəzi sənədlər artıq hazırdır” - Zelenskidən   TARİXİ AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

“Sülh sazişi üzrə bəzi sənədlər artıq hazırdır” - Zelenskidən TARİXİ AÇIQLAMA

Dünya

26 Dekabr 2025 00:15 545


"Sülh sazişi üzrə bəzi sənədlər artıq hazırdır".

"Yeni Sabah" xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri - Stiv Uitkoff və Cared Kuşner ilə bir saatlıq telefon danışığı aparıb: Marqarita pizza

"Bu, həqiqətən yaxşı söhbət idi: çoxlu detallar var, yaxşı ideyalar mövcuddur və biz onları müzakirə etdik. Real sülhü yaxınlaşdırmaq üçün bəzi yeni ideyalarımız var və bu, formatlara, görüşlərə və əlbəttə ki, vaxt məsələlərinə aiddir".

Zelenski əlavə edib ki, Ukraynanın danışıqlar üzrə nümayəndə heyətinin rəhbəri, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov dekabrın 25-də ABŞ-nin sülh təşəbbüslərinin müzakirəsini Vaşinqton nümayəndələri ilə davam etdirəcək.

Prezidentin sözlərinə görə, mühüm məqam ondan ibarətdir ki, sülh sazişi ilə bağlı bəzi sənədlər artıq hazırlanıb:

"Mən görürəm ki, onlar demək olar tam hazırdır - bəzi sənədlər artıq hazırdır. Əlbəttə, həssas məsələlər üzərində hələ işləmək lazımdır"./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!