Rusiya Federasiyası Müdafiə Nazirliyi 5 mart bülletenində bölgədəki qanunsuz erməni silahlı birləşmələrinin həyata keçirdiyi təxribat hücumuna istinad etməyib.
Yenisabah.az xəbər verir ki, Rusiya Federasiyası Müdafiə Nazirliyinin bülletenində sülhməramlı qoşunların mühafizə dəstələrinin komandanlığı Laçın dəhlizi ilə avtomobillərin maneəsiz hərəkətinin bərpası ilə bağlı Ermənistan və Azərbaycan tərəfləri ilə danışıqları davam etdirir.
Nazirliyin məlumatında bildirilir ki, sülhməramlı kontingent humanitar karvanının müşayiətini Gorus-Xankəndi marşrutu üzrə təmin edib. pizza hut
Xatırladaq ki, martın 5-də Azərbaycan ərazilərinə qanunsuz silah-sursat keçirmək istəyən qanunsuz erməni silahlıları ilə Azərbaycan hərbçiləri arasında silahlı insident baş verib. Hadisə nəticəsində 3 erməni hərbçisi məhv edilib, 2 hərbçimiz şəhid olub.
Xatırladaq ki, Rusiya sülhməramlı qoşunlarının hərbçilərinin hücum yerində olmasına baxmayaraq, gündəlik bülletendə hadisə ilə bağlı hansısa bir məlumat verilməyib.
Telegram kanalımız