Sülhməramlılara aid 10 maşın Laçın yolundan maneəsiz keçdi

saytların hazırlanması

Evə çatdırılma

Sülhməramlılara aid 10 maşın Laçın yolundan maneəsiz keçdi

Rəsmi

13 Yanvar 2023 15:01 780


Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə məxsus daha 10 avtomobilin maneəsiz keçidinə şərait yaradılıb. 

Yenisabah.az xəbər verir ki, 10 yük maşını və hərbi texnikadan ibarət karvan Xankəndidən Laçına keçid edib. 

Aksiya iştirakçıları yoldan çəkilərək avtomobillərin keçidi üçün dəhliz açıb.  pizza

Xatırladaq ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 33 gündür davam edir. Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!