Sülhməramlıların daha 5 maşını Laçın yolundan maneəsiz keçdi

saytların hazırlanması

Evə çatdırılma

Sülhməramlıların daha 5 maşını Laçın yolundan maneəsiz keçdi

Rəsmi

08 Mart 2023 20:30 759


Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus daha 5 maşından ibarən avtomobil karvanı Laçın yolundan maneəsiz keçid edib.

Yenisabah.az xəbər verir ki, Xankəndi istiqamətindən gələn RSK ya məxsus 5 maşından ibarət karvan aksiya keçirilən ərazidən maneəsiz keçərək Xankəndiyə gedib.

Bu, bir daha onu göstərir ki, aksiyanın təşkil olunduğu ərazidə humanitar məqsədli maşınların hərəkəti sərbəstdir və buna heç bir maneə yoxdur. Dördpendirli pizza

Qeyd edək ki, Qarabağda "Qızılbulaq" və "Dəmirli" faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-dən Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 87 gündür davam edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!