Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha bir avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
“Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, nəqliyyat vasitəsinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.
Belə ki, sülhməramlılara məxsus 1 təminat avtomobili Laçından Xankəndi istiqamətinə keçib. pizza hut
Bununla da gün ərzində aksiya ərazisindən keçən avtomobillərin sayı 16-ya çatıb. Belə ki, həmin avtomobillərdən 3-ü Beynəlxalq Qızıl Xaç Komitəsinə, 13-ü isə Rusiya sülhməramlılarına məxsusdur.
Telegram kanalımız