Rusiya sülhməramlılarına, həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidən maneəsiz hərəkət edir.
Yenisabah.az xəbər verir ki, martın 14-də Xankəndidən Laçına və əks istiqamətdə Rusiya sülhməramlılarına məxsus 92 təminat-təchizat və minik avtomobili maneəsiz keçib. Bundan əlavə, BQXK-yə məxsus 8 minik və 6 yük avtomobili səhər saatlarında Xankəndidən Laçın istiqamətinə gedib. Günorta saatlarında isə 8 minik və 1 yük avtomobili Xankəndiyə qayıdıb. Beləliklə, ötən gün aksiya ərazisindən 115 avtomobilin sərbəst hərəkəti təmin edilib.
Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. Dominos pizza
Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.
Telegram kanalımız