Sülhməramlıların avtomobilləri Xankəndi yolunda maneəsiz hərəkət edirlər

saytların hazırlanması

Evə çatdırılma

Sülhməramlıların avtomobilləri Xankəndi yolunda maneəsiz hərəkət edirlər

Rəsmi

31 Mart 2023 00:55 855


Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus avtomobil karvanının hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

“Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz hərəkəti təmin olunub.

Belə ki, sülhməramlıların 52 avtomobili Laçından Xankəndi istiqamətinə maneəsiz hərəkət edib. Sezar pizza

Bu isə bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

Bununla da bu gün bu dəqiqələrə qədər Xankəndi-Laçın yolunda hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 88-ə çatıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!