Sülhməramlıların avtomobillərinin hərəkətinə növbəti dəfə şərait yaradıldı

saytların hazırlanması

Evə çatdırılma

Sülhməramlıların avtomobillərinin hərəkətinə növbəti dəfə şərait yaradıldı

Rəsmi

03 Yanvar 2023 10:25 705


Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 6 avtomobilinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

Yenisabah.az Report-a istinadla xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Xankəndidən Laçın istiqamətinə üç minik, iki təminat və bir media avtomobili keçib. pizza

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 23 gündür davam edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!