Sülhməramlıların daha 14 maşını Laçın yolundan keçdi

saytların hazırlanması

Evə çatdırılma

Sülhməramlıların daha 14 maşını Laçın yolundan keçdi

Rəsmi

23 Yanvar 2023 14:57 576


Rusiya sülhməramlılarına məxsus daha 14 avtomobil Laçın yolundan keçib. 

Yenisabah.az xəbər verir ki, 1 minik, 13 yük avtomobilnin maneəsiz hərəkət etməsi üçün şərait yaradılıb. Avtomobillər Laçından Xankəndi istiqamətinə hərəkət edib. 

Bu, bir daha onu göstərir ki, aksiyanın təşkil olunduğu ərazidə humanitar məqsədli maşınların hərəkəti sərbəstdir və buna heç bir maneə yoxdur.  Dördpendirli pizza

Qeyd edək ki, Qarabağda "Qızılbulaq" və "Dəmirli" faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-dən Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 43 gündür davam edir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!