Sulutəpədə yol qəzasında hər iki sürücü xəsarət aldı

saytların hazırlanması

Evə çatdırılma

Sulutəpədə yol qəzasında hər iki sürücü xəsarət aldı

Hadisə

21 Avqust 2020 23:34 724


Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Yenisabah.az xəbər verir ki, yol qəzası Binəqədi rayonunun Sulutəpə qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə ərazisində iki minik avtomobili toqquşub. Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsinin sürücüləri - 1983-cü il təvəllüdlü Manafov Taleh Xanoğlan oğlu və1972-ci il təvəllüdlü Məmmədov Elnur Ramiz oğlu xəsarət alıb. Sezar pizza

Yaralılar təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıblar və onların hər ikisinə döş qəfəsinin əzilməsi diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.   /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!