“Neftçi“dən qələbə, Sumqayıtda heç-heçə   - Yenilənib

saytların hazırlanması

Evə çatdırılma

“Neftçi“dən qələbə, Sumqayıtda heç-heçə - Yenilənib

İdman

05 Oktyabr 2019 19:19 1379


Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 7-ci tura start verilib. 

“Yeni Sabah” xəbər verir ki, günün ilk start fiti Sumqayıtda səslənib. Şəhərin eyni adlı komandası doğma meydanda “Keşlə”ni qəbul edib. Paytaxt təmsilçisi ilk üçlükdəki mövqeyini qorumağı, sumqayıtlılar isə uğursuz gedişata son qoymağı hədəfləyiblər. Ancaq matç qolsuz bərabərliklə başa çatıb.

Günün digər matçı “Neftçi” ilə “Səbail” arasında keçirilib. “Ağ-qaralar” bu oyunda 2:1 hesabı ilə qalib gəlib.  Dominos pizza

Qeyd edək ki, tura sabah keçiriləcək “Zirə” – “Qəbələ” və “Qarabağ” – “Sabah” oyunları ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası

7-ci tur

5 oktyabr

“Sumqayıt” - “Keşlə” - 0:0 

Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Eyyub İbrahimov, Rövşən Rəcəbov.

“Sumqayıt Arena”, 17:00.

“Neftçi” – “Səbail” - 2:1

Qol: Monroz, 41, Krivotsyuk, 43 - A.Ramazanov, 81

Hakimlər: Rauf Cabarov, Nahid Əliyev, Cavanşir Yusifov, Namiq Bəkirov

8-ci km stadionu, 19:15.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!