“Sumqayıt” yeni transferini açıqlayıb.
Klubdan Yenisabah.az-a verilən məlumata görə, "gənclik şəhəri" təmsilçisi Özbəkistanın “Nasaf” klubunda çıxış etmiş Bobur Abdikholikov ilə 1 il uzatmaq şərti ilə mövsümün sonuna qədər sözləşmə imzalayıb.
27 yaşlı hücumçu klubda 9 nömrəli formada çıxış edəcək. Marqarita pizza
Qeyd edək ki, Bobur Abdikholikov karyerası ərzində Özbəkistanın “Nasaf”, Ukraynanın “Rux” (Lvov), Belarusun “Energetik” (Minsk) və Qazaxıstanın “Ordabası” klublarının şərəfini qoruyub.
Özbəkistan millisinin futbolçusu adıçəkilən ölkənin U-19, U-22 və U-23 millilərində də çıxış edib.
Telegram kanalımız