Sumqayıt polisi əməliyyat keçirdi - Saxlanılanlar var

saytların hazırlanması

Evə çatdırılma

Sumqayıt polisi əməliyyat keçirdi - Saxlanılanlar var

Kriminal

13 Mart 2020 12:02 677


Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

"Yeni Sabah" bildirir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş F.İbrahimovdan 3 kiloqram 200 qram, 3-cü PB-nin əməkdaşları tərəfindən şəhər sakinləri olan, əvvəllər məhkum olunmuş E.Abbasovdan 470 qram, A.Şahmuradovdan isə 490 qram, 4-cü PB-nin əməkdaşları tərəfindən şəhər sakini, əvvəllər məhkum olunmuş T.Şahbazovdan 465 qram marixuana aşkar edilərək götürülüb. Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!