“Sumqayıt” qvineyalı hücumçu ilə müqavilə bağladı

saytların hazırlanması

Evə çatdırılma

“Sumqayıt” qvineyalı hücumçu ilə müqavilə bağladı

İdman

21 Yanvar 2025 22:35 191


Dövrələrarası fasilədə transfer çalışmalarını davam etdirən "Sumqayıt" heyətini yeni hücumçu ilə gücləndirib.

Yenisabah.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi son olaraq Gürcüstanın "Torpedo" (Kutaisi) klubunda çıxış etmiş qvineyalı Momo Yansane ilə 1 il uzatmaq şərti ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.

O, yeni komandasında 11 nömrəli formada çıxış edəcək. Marqarita pizza

Qeyd edək ki, Momo Yansane karyerası boyunca "Torpedo" ilə yanaşı "Nijni Novqorod" (Rusiya), "Şerif" (Moldova), "Riyeka" (Xorvatiya) kimi klublarda çıxış edib. 27 yaşlı forvard Qvineyanın U-20 və əsas yığmalarına da dəvət alıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!