Sumqayıtda 13 yaşlı oğlan itdi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Sumqayıtda 13 yaşlı oğlan itdi - Foto

Hadisə

27 Mart 2023 18:10 952


Sumqayıt şəhərində yaşayan, nitq qüsurlu və eşitmə qabiliyyəti olmayan 13 yaşlı Ömər Yaqubov martın 25-də səhər saatlarında yaşadığı ünvandan çıxaraq bir daha geri qayıtmayıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib.

Onun əlamətləri belədir: pizza mizza

Boyu 155 sm., arıq bədən quruluşlu, ağbəniz, sifəti uzunsov, saçı qısa və şabalıdı rəngli, gözləri qəhvəyidir. Evdən çıxarkən əynində qara rəngli parça gödəkçə, qara rəngli poliver, tünd göy rəngli parça şalvar, ayağında tünd göy rəngli idman ayaqqabısı olub.

Şəkildə gördüyünüz şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102 - Zəng Mərkəzi”nə, həmçinin (018) 65 4-02-02; (018) 65 5-76-65 şəhər və (050) 384-84-99 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur./Report


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!