Sumqayıtda 17 yaşlı qız itkin düşdü - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Sumqayıtda 17 yaşlı qız itkin düşdü - FOTO

Hadisə

04 Aprel 2023 16:58 760


Sumqayıtda 17 yaşlı qız itkin düşüb. 

Bu barədə Yenisabah.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, Yaşıldərə bağlar massivi ərazisində yaşayan Aydan Cahangirova martın 31-də axşam saatlarında yaşadığı ünvandan çıxaraq bir daha geri qayıtmayıb: "Onun əlamətləri belədir: Boyu 170 sm., orta bədən quruluşlu, ağbəniz, yumru sifətli, saçı qara, gözləri qəhvəyidir.  pizza mizza

Evdən çıxarkən əynində qırmızı rəngli qış gödəkçəsi, tünd göy rəngli cins şalvar, ayağında ağ rəngli idman ayaqqabısı olub. 

Şəkildəki qızı görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102 - Zəng Mərkəzi”nə, həmçinin (018) 654-02-02; (018) 655-76-65 şəhər və (050) 482-65-27; (050) 538-41-51 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur". 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!