Sumqayıtda 22 yaşlı gənc bıçaqlandı, saxlanılan var

saytların hazırlanması

Evə çatdırılma

Sumqayıtda 22 yaşlı gənc bıçaqlandı, saxlanılan var

Kriminal

07 Avqust 2025 23:00 401


Sumqayıt şəhərində 22 yaşlı gənc boynundan bıçaqlanıb.

"Report"un yerli bürosunun məlumatına görə, hadisə şəhərin 2-ci mikrorayon ərazisində yerləşən telefon mağazalarından birində baş verib.

Mağazada satıcı işləyən 2003-cü il təvəllüdlü Hüseynov Aqil Salim oğlu naməlum şəxs tərəfindən boynundan bıçaqlanıb. pizza hut

Yaralı dərhal xəstəxanaya çatdırılıb.

Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, saat 21:30 radələrində kişi cinsli 1 nəfər Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.

2003-cü il təvəllüdlü şəxsə boyun nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu təyin olunub.

Vəziyyəti orta ağır qiymətləndirilən şəxsin müalicəsi tibb müəssisəsinin reanimasiya şöbəsində davam etdirilir.

DİN Mətbuat Xidmətindən isə bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən 33 yaşlı R.Məmmədov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!