Sumqayıtda ağır qəza:   Ölən və yaralananlar var - Video

saytların hazırlanması

Evə çatdırılma

Sumqayıtda ağır qəza: Ölən və yaralananlar var - Video

Hadisə

17 Avqust 2020 19:51 926


Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Yenisabah.az Baku TV-yə istinadən xəbər verir ki, Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsi ərazisində “Volkswagen” markalı avtomobil “Mercedes” markalı minik avtomobili ilə toqquşub. 

Qəza nəticəsində 37 yaşlı Taleh Əhmədov hadisə yerində ölüb, üç nəfər isə xəsarət alıb. pizza

Yaralılardan Mayıl Şükürovun vəziyyəti ağır olduğu üçün xəstəxanaya yerləşdirilib. Digər iki nəfərin xəsarətləri yüngül olub. İlkin tibbi müayinədən sonra evə buraxılıblar.

Hadisə yerinə Dövlət Yol Polisi Şöbəsinin və Təcili Tibbi Yardım Xidmətinin əməkdaşları cəlb olunub. Qəzaya yüksək sürət həddinin səbəb olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!