Sumqayıtda avtomobil yoldan çıxaraq aşdı - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Sumqayıtda avtomobil yoldan çıxaraq aşdı - Fotolar

Hadisə

07 Sentyabr 2020 00:35 1146


Sumqayıt şəhərinin Səməd Vurğun küçəsində 4 nömrəli şəhər xəstəxanasının qarşısında yol-nəqliyyat hadisəsi baş verib.

Yenisabah.az xəbər verir ki, Sumqayıt şəhər sakini Amil Almuradov idarə etdiyi “10 0B 677” dövlət nömrə nişanlı “VAZ 2107” markalı avtomobili yol ayrıcındakı işıq dirəyinə çırpıb. 

Zərbənin gücündən işıq dirəyi yerindən qopub, idarəetmədən çıxan avtomobil isə aşıb. Yaxınlıqdakı şəxslərin köməyi ilə avtomobildən çıxarılan sürücü xəsarət almayıb.  Dördpendirli pizza

Qəza səbəbindən avtomobil yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. 

Əraziyə DYP əməkdaşları cəlb olunub və hərəkət bərpa olunub. Sürücü alkoqol testindən keçirilib, onun sərxoş olmadığı məlum olub. 

A.Almuradov hərəkətdə olarkən başqa bir avtomobilin onu sıxışdırması nəticəsində baş verdiyini  deyib.

Faktla bağlı araşdırma aparılır.  /APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!