Sumqayıtda azyaşlının ölümü ilə nəticələnən hadisə qeydə alınıb.
Yenisabah.az xəbər verir ki, hadisə şəhərin 8-ci mikrorayonunda binalardan birinin qarşısında baş verib.
Həyətdə oynayan 2017-ci il təvəllüdlü İsgəndərov Rəvan Seyid oğlunu “Toyota Prado” markalı avtomobil vurub. Azyaşlı aldığı xəsarətlərdən vəfat edib. pizza hut
Faktla bağlı araşdırma aparılır. /APA
Telegram kanalımız