Bu gün saat 17:00 radələrində Sumqayıt şəhəri ərazisində yerləşən “Azkompozit” zavodunun həyətində toplanmış müxtəlif tərkibli materialların alışması nəticəsində güclü yanğın hadisəsi baş verib.
Yenisabah.az xəbər verir ki, bu barədə ETSN-nin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib. O bildirib ki, ətrafa və atmosferə yayılması ehtimalı olan tullantıların tərkibini və həcmini müəyyən etmək üçün monitorinqlər keçirilir. Nəticələr barədə əlavə məlumat veriləcək.
Telegram kanalımız