Sumqayıtda tonqal yandırılarkən baş verən partlayışda xəsarət alan 2 nəfərin müalicəsi davam etdirilir.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Sumqayıt Tibb Mərkəzi məlumat yayıb.
Dəqiqləşdirilməmiş kəllədaxili travma diaqnozu təyin olunan 2013-cü il təvəllüdlü qızın vəziyyəti orta ağır qiymətləndirilir. Onun həmyaşı olan oğlanın vəziyyəti isə stabildir. 2014-cü il təvəllüdlü oğlan isə Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunub. pizza sifarişi
Telegram kanalımız