Sumqayıtda dəniz sahilində meyiti tapılan uşağın nənəsi danışdı - Video

saytların hazırlanması

Evə çatdırılma

Sumqayıtda dəniz sahilində meyiti tapılan uşağın nənəsi danışdı - Video

Hadisə

31 Mart 2024 23:06 902


Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində dəniz sahilində aşkarlanan yaşyarımlıq uşağa aid meyitin Zeynəb Yeşilə məxsus olduğu müəyyən edilib.

Meyitin əraziyə hansı şəraitdə və kim tərəfindən atıldığı məlum deyil.

Uşağın nənəsi Azadə Abdullayeva deyir ki, atası Z.Yeşili gəzməyə apardığını deyib: “Amma onları uzun müddət gözləsək də, gəlib çıxmadılar. Atası telefon zənglərimizə də cavab verməyib. Fikirləşdik ki, yəqin acıq edib uşağı dostunun yanına aparıb”. Sezar pizza

Nənə ailəiçi söz-söhbətin olmadığını da vurğulayıb: “Onun beynində nə olduğunu isə bilmirik”.

Qeyd edək ki, Z.Yeşil A.Abdullayevanın qızının övladıdır. Qızının əri isə türkdür. Onun sözlərinə görə, qızı Türkiyədə əri ilə dini, rəsmi nikaha girib.

Daha ətraflı Baku TV-nin süjetində:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!