Sumqayıtda direktorun otağına qumbara atdılar

saytların hazırlanması

Evə çatdırılma

Sumqayıtda direktorun otağına qumbara atdılar

Sosial

04 İyun 2019 12:44 1808


Sumqayıt şəhərində şirkət direktorunu öldürməyə cəhddə ittiham olunan Şirin Astanovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Cinayət işi üzrə materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Cavid Hüseynovun icraatındadır. Məhkəmənin hazırlıq iclası iyunun 13-ə təyin edilib.

Qeyd edək ki, bu il martın əvvəlində Sumqayıtda yerləşən "Azkompozit” MMC şirkətinin direktoru Rəsul Baxşəliyevin kabinetinə gələn idarənin təsərrüfat işləri üzrə müdiri vəzifəsində işləmiş Şirin Astanov əvvəlki işinə bərpa olunmasını tələb edib. O, özü ilə gətirdiyi qumbaranın qoruyucusunu çıxarıb və direktorun otağına ataraq partlatmağa cəhd edib. Pepperoni pizza

Xoşbəxtlikdən, qumbarada olan texniki nasazlıqdan partlayış baş verməyib.

Hadisə yerinə gələn polislər Şirin Astanovu tutub.

İstintaq orqanı tərəfindən Şirin Astanovun barəsində Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

Virtualaz.org

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!