Sumqayıtda partlayış, ana və azyaşlı qızı yandı

saytların hazırlanması

Evə çatdırılma

Sumqayıtda partlayış, ana və azyaşlı qızı yandı

Kriminal

07 Aprel 2019 22:07 933


Bu gün səhər saatlarında Sumqayıt şəhəri Yaşma bağları yaşayış massivində fərdi yaşayış evlərinin birində partlayış olub.

Evdə qaz balonu partlayıb. Partlayış nəticəsində 1986-cı il təvəllüdlü Məmmədova Samirə Şakir qızı və onun övladı 2012-ci il təvəllüdlü Məmmədova Aliyə Əhməd qızı yanıq xəsarətləri alıblar.

Ananın bədəninin 60 faizi yanıb. Ona hər iki aşağı və yuxarı ətrafın, üzün, boynun 2-ci və 3-cü dərəcəli yanıq xəsarətləri diaqnozu qoyulub. A.Məmmədovanın isə bədəninin 25 faizi yanıb. Marqarita pizza

Yaralılar dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar. Hər iki şəxsin vəziyyəti ağırlaşdığından, onlar Bakıya göndərilib.

ONA

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!