Sumqayıtda “Range Rover” qazini vurdu - FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Sumqayıtda “Range Rover” qazini vurdu - FOTOLAR

Hadisə

19 May 2025 16:04 380


Sumqayıtda “Range Rover” markalı avtomobil 32 yaşlı Rəşad Poladovu vurub.

Yenisabah.az  “Qafqazinfo”ya istinadən xəbər verir ki, Vətən müharibəsi qazisi olan Rəşad ağır xəsarətlər alıb.

Xəstəxanaya çatdırılan kişinin dalağı və kəllə sümüyünün bir hissəsi götürülüb. Dördpendirli pizza

TƏBİB-dən bildirilib ki, Sumqayıtda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 17.05.2025-ci il tarixində saat 14:10 radələrində 1993-cü il təvəllüdlü şəxs (kişi cinsli) Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub: “Ona dalağın cırılması, müştərək travma, qapalı kəllə-beyin travması, baş-beyin əzilməsi diaqnozları təyin edilib. Şəxs cərrahi əməliyyat olunub və onun dalağı xaric olunub. Vəziyyəti ağır qiymətləndirilən şəxs Reanimasiya şöbəsinə yerləşdirilib. Ailə üzvlərinin yazılı iltizamnaməsinə əsasən 18.05.2025-ci il tarixində saat 03:40 radələrində sözügedən şəxs özəl tibb müəssisəsinə təxliyə olunub”.

  • Sumqayıtda “Range Rover” qazini vurdu - FOTOLAR
  • Sumqayıtda “Range Rover” qazini vurdu - FOTOLAR

Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    ALLAH ŞƏFA VERSİN, TEZLİKLƏ VİCDANLI HƏKİMLƏRİN QAYĞISI SAYƏSİNDƏ SAĞALIB AİLƏSİNƏ QOVUŞSUN. AMİN, İNŞALLAH.
    12 months ago