Sumqayıtda Xocalı yürüşü keçirilib

saytların hazırlanması

Evə çatdırılma

Sumqayıtda Xocalı yürüşü keçirilib

Sosial

26 Fevral 2019 20:27 1001


Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Sumqayıt şəhərində yürüş keçirilib.

“Yeni Sabah” xəbər verir ki, minlərlə insanın iştirak etdiyi tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat rəhbərləri və şəhər ictimaiyyəti iştirak edib.

Tədbir iştirakçıları Sumqayıt şəhər Nəsimi parkında Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılan abidəni ziyarət edərək, abidə qarşısına güllər düzərək Xocalıda şəhid olan soydaşlarımızı dərin ehtiramla yad ediblər. pizza hut

Daha sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra şəhərdə məskunlaşan Xocalı sakinləri ilə görüşən İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş Xocalı faciəsinin, təkcə, Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəldilmiş ən ağır soyqırım cinayətlərindən biri olduğunu vurğulayıb və Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırıma obyektiv qiymət verilməsinin Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdiyini qeyd edib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!